
Nadir atmosfer hadisəsi İspaniyanın enerji sistemində qəza yaradıb və Portuqaliyada elektrik kəsintilərinə səbəb olub. Bu barədə Reuters məlumat yayıb.🕕 18:00 – İspaniyanın enerji operatoru Red Electricanın rəhbəri Eduardo Prieto bildirib ki, ölkənin enerji təchizatının bərpası 6–10 saat vaxt apara bilər. Onun sözlərini Reuters sitat gətirib.🕓 16:04 – İspaniya, Fransa və Portuqaliyada genişmiqyaslı elektrik kəsintiləri qeydə alınıb. Hadisə nəticəsində ödəniş sistemlərinin fəaliyyəti və metro nəqliyyatı pozulub.Elektrik enerjisi Sevilya, Barselona və Pamplona şəhərlərində kəsilib. Elektrik təchizatında problemlər Valensiyada da müşahidə olunur. Madrid və Barselona metroları fəaliyyətini dayandırıb, sərnişinlər vaqonlardan çıxaraq piyada davam etməli olublar. Bütün İspaniyada telefon xətləri iflic olub, Madrid hava limanı da işıqsız qalıb.Portuqaliya, Andorra və Fransada da şəbəkə problemləri barədə məlumatlar yayılıb.✍️"Ulusum".az
Diqqət Çəkənlər
Ölkəmizi Çində uğurla təmsil edən azərbaycanlı gənc
ABŞ-də “Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya" adlı tədbir keçirilib
DİN- KRİMİNAL XRONİKA 27.04.2025