İtaliyanın "İnter" klubunu şəxsi anti-rekordunu yeniləyib.

Offsideplus.az xəbər verir ki, Milan təmsilçisi bütün turnirlər daxil olmaqla axırıncı 3 matçda məğlubiyyətlə üzləşir və rəqib qapılarına qol vura bilmir.

"İnter" İtaliya Kubokunda "Milan"a uduzduqdan (0:3) sonra "Bolonya" və "Roma"ya minimal hesabla məğlub olub.

Bu, son 13 ildə komandanın göstərdiyi ən zəif nəticədir. "Neradzurri" axırıncı dəfə 2012-ci ildə belə uğursuz olmuşdu.

Həmin vaxt "İnter" hazırda "Roma"nı çalışdıran Klaudio Ranyerinin rəhbərliyi altında ardıcıl 5 görüşdə həm uduzmuşdu, həm də fərqlənə bilməmişdi.