RU

Pol Poqba MLS klubu ilə danışıqlar aparır

Fransalı futbolçu Pol Poqba karyerasını ABŞ-də davam etdirə bilər.

"Yuventus"un və "Mançester Yunayted"in sabiq yarımmüdafiəçisi Pol Poqba karyerasını MLS-də davam etdirə bilər.

Operativ Media “The Washington Post”a istinadən xəbər verir ki,  “D.C.Yunayted” bir neçə aydır ki, 32 yaşlı fransızla müqavilə üzrə danışıqlar aparır. Klubun baş direktoru Ceyson Levien Poqbanın agentləri ilə bir neçə dəfə söhbət edib və bir dəfə Mayamidə evi olan oyunçu ilə şəxsən görüşüb.

Poqba antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmişdi. Onun orqanizmində testosteronun yüksək səviyyəsi aşkar edilmişdi. Daha sonra fransalının diskvalifikasiya müddəti 18 aya endirildi. Qadağa müddəti isə aprelin 1-də başa çatıb.

Qeyd edək ki, Poqba son olaraq "Yuventus" klubunun şərəfini qoruyub.

Избранный
2
operativmedia.az

1Источники