RU

100 günlük bərbad uğursuzluq...

Heç bir aşkar məqsəd olmadan Tramp Avropanı, Yaponiyanı, Meksikanı və Kanadanı özündən uzaqlaşdırdı, NATO-nu sarsıtdı və Putinə daha da açıq sevgi nümayiş etdirdi...

Poliqon xəbər verir ki, “The New Yorker” nəşri Trampın Ağ Evdə keçirdiyi 100 günü şərh edən məqalə ilə çıxış edib...

Məqalədə deyilir ki, 100 gündən sonra uğursuzluq rekordu həm heyrətləndirici, həm də proqnozlaşdırıla biləndir. Nəşr qeyd edir ki, ötən 100 gün ərzində heç bir aşkar məqsəd olmadan Tramp Avropanı, Yaponiyanı, Meksikanı və Kanadanı özündən uzaqlaşdırdı, NATO-nu sarsıtdı və Putinə daha da açıq sevgi nümayiş etdirdi.

Qeyd edilir ki, Tramp bu 100 gün ərzində özünün hamisi milyarder İlon Maska dövlət şəbəkə zəncirini qırmaq və saysız-hesabsız insanların həyatını xilas edən dövlət qurumlarını məhv etmək səlahiyyəti verib.

“Açıq-aşkar məmnuniyyətlə Tramp 200-dən çox insanı (demək olar ki, hamısının cinayəti olmayıb) Salvador gulaqına deportasiya etdi. Tarif təklifləri ilə o, bir göz qırpımında dünya iqtisadiyyatında sabitliyi poza bildi, bəlkə də tarixin ən pis avtoqolunu vurdu”, deyə nəşr yazır.

Bundan başqa qeyd edilir ki, Tramp adminstarsiyası onlarla elmi, kommersiya və hüquqi qurumlara qarşı təhdid müharibəsi aparıb və aparmaqdadır.

Poliqon.info

Избранный
2
poliqon.info

1Источники