RU

Trampın qələbəsi 120 mindən çox dövlət işçisinin ixtisarı ilə nəticələnib

BAKI, 29 aprel, TELEQRAF

Donald Trampın hakimiyyətə gəlişindən bəri ABŞ-də azı 121 min federal hökumət işçisi işdən çıxarılıb.

Teleqraf xəbər verir ki, bu barədə "CNN" öz hesablamalarına istinadən məlumat yayıb.

Qeyd olunur ki, kütləvi ixtisarlar 30-a yaxın departamentə təsir etsə də, ən çox ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) zərər çəkib. Qurumun fəaliyyəti tam dayandırılıb.

Təhsil Nazirliyi işçilərinin 51%-i ixtisar olunub, 12 regional idarədən 7-si bağlanıb.

Ekspertlərin fikrincə, bu ixtisarların nəticələri artıq amerikalılar tərəfindən hiss olunur və hökumətin təhsil, səhiyyə və ictimai təhlükəsizlik sahələrində öz vətəndaşlarının maraqlarını təmin etmək qabiliyyətini sual altına qoyur.

Избранный
5
4
teleqraf.com

10Источники