RU

“Real” Ançelottini Braziliyaya belə yola salır

“Real”ın baş məşqçisi Karlo Ançelotti klubu ilə müqaviləni ləğv etmək üçün razılığa gəlib.

Publika.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.

Bildirilir ki, “Kral klubu” 65 yaşlı italiyalı çalışdırıcının Braziliya millisinə getməsi ilə bağlı heç bir maneə yaratmayacaq.

Üstəlik, Madrid klubu ona müqavilənin şərtlərində nəzərdə tutulan məbləği tam ödəyəcək, həm də onu klubun ömürlük səfiri edəcək.

Qeyd olunur ki, Ançelotti mümkün ödənişlərin məbləğini azaltmağa razılaşaraq kluba güzəştə gedə bilər.

Избранный
4
30
publika.az

10Источники