RU

Öldürülən rus generalın Putin üçün hesabat hazırladığı açıqlandı

BAKI, 29 aprel, TELEQRAF

Evinin qarşısında avtomobilin partladılması nəticəsində həlak olan Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini, general-leytenant Yaroslav Moskalikin Ukraynanın cənubundakı vəziyyətlə bağlı Prezident Putin üçün hesabat hazırladığı məlum olub.

Teleqraf xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin “Krasnaya Zvezda” qəzetində dərc olunmuş nekroloqunda generalın döyüşün keçirildiyi ərazidə vəziyyətin monitorinqini aparan Döyüş Nəzarəti Qrupunun növbətçiliyinə rəhbərlik etdiyi qeyd olunur.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin qəzetinin məlumatına görə, altı ildən çox müddətə - 2015-ci ildən 2021-ci ilə qədər - Moskalik Rusiya Müdafiə Nazirliyinin nümayəndə heyətlərinin tərkibində Minsk Əlaqə Qrupunun təhlükəsizlik məsələləri üzrə işçi qrupunda Ukraynanın cənub-şərqində münaqişənin nizamlanması məsələlərinin həllinə cəlb edilib. O, qrupun Minskdə keçirilən əksər iclaslarında iştirak edib.

"General Moskalik Berlin və Parisdə Normandiya formatında (Almaniya, Fransa, Ukrayna və Rusiya) danışıqlar prosesində də fəal iştirak edib. Həmin çətin dövrdə Yaroslav Yaroslavoviç ən təcrübəli, səriştəli, yüksək ixtisaslı hərbi mütəxəssislərdən biri kimi Rusiya Federasiyasının Prezidentinə və Cənub-Şərqdə sülhün bərqərar edilməsinə yönəlmiş müdafiə naziri üçün materialların hazırlanmasına cavabdeh idi”, - materiallarda deyilir.

40 ildən artıq hərbi təcrübəsi olan Moskalik dəfələrlə qaynar nöqtələrdə tapşırıqları yerinə yetirib, döyüş əməliyyatlarının planlaşdırılmasındaiştirak edib və ən təhlükəli ərazilərdə olub.

Qeyd edək ki, aprelin 25-də rus generalı Yaroslav Moskalik Moskva yaxınlığındakı Balaşixada evinin önündə avtomobilin partlaması nəticəsində öldürülüb. vtomobilin yanından keçən zaman partlayıb.

Yaroslav Moskalikin qətlində şübhəli bilinən İqnat Kuzin ötən gün Türkiyədə saxlanılıb.

Избранный
9
teleqraf.com

1Источники