RU

Ən böyük hərbi büdcəyə malik ölkələr - SİYAHI

BAKI, 29 aprel, TELEQRAF

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2024-cü il üzrə ölkələrin hərbi xərclərinin hesabatını açıqlayıb.

Teleqraf xəbər verir ki, hesabata əsasən, qlobal hərbi xərclər 2023-cü illə müqayisədə 2024-cü ildə 9.4% artaraq 2.7 trilyon ABŞ dollarına çatıb. Bu göstərici, Sovet İttifaqının dağılmasından sonra ən kəskin artımdır.

Ən böyük hərbi büdcəyə malik ölkələrin ilk onluğu isə aşağıdakı kimidir:

1. ABŞ - 997 milyard dollar

2. Çin - 314 milyard dollar

3. Rusiya - 149 milyard dollar

4. Almaniya - 88.5 milyard dollar və ya ÜDM-in 1.9%-i

5. Hindistan - 86.1 milyard dollar və ya ÜDM-in 2.3%-i

6. Böyük Britaniya - 81.8 milyard dollar

7. Səudiyyə Ərəbistanı - 80.3 milyard dollar

8. Ukrayna - 64.7 milyard dollar

9. Fransa - 64.7 milyard dollar

10. Yaponiya - 55.3 milyard dollar

Избранный
11
teleqraf.com

1Источники