RU

“Titanik” filmindəki skripka satıldı - Foto

Məşhur “Titanik” filmində istifadə olunan skripka İngiltərənin Viltşir bölgəsində keçirilən hərracda 54 min funt sterlinqə (təxminən 72 min dollar) satılıb.

“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, bu skripkada filmdə gəminin batdığı səhnədə “Nearer My God to Thee” əsəri səsləndirilərkən orkestrin rəhbəri rolunu canlandıran musiqiçi və aktyor Conatan Evans Cons ifa edib. 

Aktyor həmin filmdə istifadə etdiyi skripkanı 2013-cü ildə hərraca çıxarıb və skripka bir kolleksiyaçı tərəfindən satın alınıb. 

Bu il isə həmin kolleksiyaçı aləti “Henry Aldridge & Son” hərrac evi vasitəsilə yenidən satışa çıxarıb və skripka 54 min funt sterlinqə satılıb.


Избранный
0
3
qafqazinfo.az

3Источники