Oxu.Az "Milliyet" qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra mətbuata verdiyi açıqlamalarda deyib.
O vurğulayıb ki, əhalinin sayı məsələsi getdikcə millətin mövcudluq probleminə çevrilir:
"Ölkəmizdə 1.51 səviyyəsinə düşən doğum nisbəti üzləşdiyimiz təhdid və təhlükəni aydın şəkildə nümayiş etdirir. Heç bir hökumət buna biganə qala bilməz, bu təhlükəyə göz yuma bilməz.