Bakı. Trend:
Aprelin 28-də Cənubi Koreyanın Tequ şəhərində güclü külək meşəyanğınına səbəb olub.
Trend xarici KİV-lərəistinadən xəbər verir ki, yanğın təhlükəsinə görə ərazidəkimagistral yol bağlanıb.
Məlumata görə, meşə yanğını saat gündüz vaxtı başlayıb və ikisaat davam edib. Yanğın 50 hektara yaxın ərazini əhatə edib. Bundansonra 1200-dən çox sakin ərazidən təxliyə olunub.
Paytaxt Seuldan təqribən 233 km cənub-şərqdə yerləşən Tequbölgəsində baş verən yanğın nəticəsində ölən və yaralananlar barədəhələ məlumat verilmir.