Bakı. Trend:
ABŞ-nin Viskonsin-Medison Universitetində fəaliyyət göstərənAzərbaycan Tələbə Assosiasiyasının (AZSA) təşəbbüsü ilə“Mədəniyyətlərarası körpü: Azərbaycandan Amerikaya" adlı tədbirkeçirilib.
Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.
Bildirilib ki, tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəniirsini, adət-ənənələrini və milli dəyərlərini geniş auditoriyayatanıtmaq və müxtəlif mədəniyyətlər arasında körpü yaratmaq olub.Universitetin professor-müəllim heyəti, Viskonsin və İllinoysştatlarında yaşayan Azərbaycan icmasının üzvləri də daxil olmaqla,100-dən çox adam bu tədbirdə bir araya gəlib. Qonaqlar Azərbaycanmusiqisi, rəqsləri və sənət nümunələri ilə yaxından tanış olub,maarifləndirici videolar izləyiblər. Azərbaycan guşəsində milligeyimlər, sənət nümunələri, suvenirlər və ölkəmizin zənginmədəniyyəti haqqında məlumatlar nümayiş etdirilib.
Əvvəldə Azərbaycan və ABŞ-nin Dövlət himnləri səsləndirilib.
Açılış nitqində AZSA-nın rəhbəri İbrahim Əhmədli Viskonsinştatında ölkəmizin təbliğ olunmasının əhəmiyyətindən danışıb vətələbə birliyinin bu istiqamətdə gördüyü işləri diqqətəçatdırıb.
Daha sonra tədbirin aparıcısı, AZSA-nın nümayəndəsi EltacSadıqova çıxışında belə tədbirlərin Azərbaycan ruhunu dünyayatanıtmaq baxımından önəmli olduğunu vurğulayıb və gələcəkdə dəoxşar layihələrin həyata keçirilməsinin planlaşdırıldığınıbildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Zaur Salmanovçıxışında Azərbaycanın tolerant, multikultural bir ölkə olmasından,ABŞ-dəki Azərbaycan diaspor təşkilatlarının mədəniyyətlərarasıkörpülərin gücləndirilməsi istiqamətində həyata keçirdiyilayihələrdən, komitənin xaricdə yaşayan azərbaycanlılarıntəşkilatlanması və mədəniyyətimizin tanıdılması istiqamətindəgördüyü işlərdən bəhs edib.
Azərbaycan Respublikasının ABŞ-dəki Səfirliyinin nümayəndəsiToğrul Əliyev tədbirə onlayn qoşularaq bu cür tədbirlərinikitərəfli münasibətlərin inkişafına verdiyi töhfələrdəndanışıb.
AZSA üzvlərinin Üzeyir Hacıbəyovun "Arşın mal alan" və “Oolmasın, bu olsun” operettalarından səhnələri ingilis dilindətəqdim etməsi qonaqların böyük alqış və marağı ilə qarşılanıb.Həmçinin, iştirakçılar üçün interaktiv oyunlar da təşkilolunub.
Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının mütəmadiolaraq təşkil etdiyi və ya qatıldığı bu cür tədbirlər Azərbaycanmədəniyyətinin zənginliklərinin dünyada təbliği baxımından olduqcaəhəmiyyətlidir.