RU

Əsədin atasının məzarından qalıqlarını çıxardılar - Video

Naməlum şəxslər Suriyanın keçmiş prezidenti Hafiz Əsədin qalıqlarını Latakiya əyalətinin Qardaha şəhərində məzarından çıxarıblar.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Suriya telekanalı məlumat yayıb.

“Bazar ertəsi sosial şəbəkələrdə fəallar keçmiş prezident Hafiz Əsədin məzarının eksqumasiyasını əks etdirən fotoşəkillər və videolar yayıblar”, - məlumatda deyilir.

Telekanalın qeyd etdiyi kimi, yayımlanan videogörüntülərdə məzarın təhqir edilməsini Latakiyada fəaliyyət göstərən silahlı qruplaşmaların üzvü olan hərbi geyimli şəxslər həyata keçirir.

Qeyd edək ki, Hafiz Əsədin məzarı ikinci dəfədir ki, vandalizmə məruz qalıb. Daha öncə 2024-cü ilin dekabrında, devrilmiş Suriya Prezidenti Bəşər Əsədin ölkəni tərk etməsindən bir neçə gün sonra baş vermişdi.

Избранный
2
4
qafqazinfo.az

5Источники