RU

İspaniyanın elektrik enerjisini bərpa etmək üçün 6-10 saat lazımdır

İspaniyanın elektrik şəbəkəsini böyük fasilədən sonra bərpa etmək 6 ilə 10 saat arasında vaxt aparacaq.

APA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Qeyd edək ki, bu gün günorta saatlarından başlayaraq İspaniya və Portuqaliyada baş verən elektrik enerjisi kəsilməsi milyonlarla insanı işıqsız qoyub.Elektrik enerjisinin kəsilməsi səbəbindən hava limanları, qatarlar, metrolar və svetoforlar fəaliyyətini dayandırıb. Portuqaliyanın elektrik operatoru "E-Redes" yayımladığı açıqlamada hadisənin "Avropa elektrik şəbəkəsindəki problem" səbəbindən baş verdiyini bildirib. Fransanın bəzi bölgələrində də elektrik enerjisinin kəsildiyi qeyd edilir.
Избранный
5
2
sherg.az

10Источники