RU

Mehmanxanalarda gecələmələrin sayı 11 faizdən çox artıb

Bakı. Trend:

Bu ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxana (hotel) vəmehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2024-cüilin yanvar-mart ayları ilə müqayisədə 11,4 faiz artaraq 868,3 minolub.

Trend bubarədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, gecələmələrin ümumi sayının 58,2 faizi Bakıda, 10faizi Qusarda, 5,4 faizi Qəbələdə, 4,8 faizi Şabranda, 4,3 faiziNaftalanda, 3,1 faizi Qubada, 2,6 faizi Lənkəranda, 1,5 faiziŞamaxıda, 1,0 faizi Ağdamda, 1 faizi Naxçıvan MuxtarRespublikasında, 1 faizi Şuşada, və 7,1 faizi digər şəhər vərayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipliobyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyigecələmələrin sayı 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə11,9 faiz artaraq 484,9 min olub ki, bu da ümumi gecələmələrin 55,8faizini təşkil edir.

Gecələmələrin ümumi sayının 21,8 faizi Hindistan, 14,3 faiziRusiya Federasiyası, 8,8 faizi Türkiyə, 6,3 faizi Birləşmiş ƏrəbƏmirlikləri, 4,7 faizi Səudiyyə Ərəbistanı, 3,3 faizi ABŞ, 3,1faizi İsrail, 3,0 faizi Küveyt, 2,7 faizi Pakistan, 2,4 faizi Çin,2,4 faizi Qazaxıstan, 1,9 faizi Böyük Britaniya, 1,4 faiziÖzbəkistan, 0,9 faizi Almaniya, 0,8 faizi Bəhreyn, 0,8 faizi İran,0,8 faizi İtaliya, 0,7 faizi Gürcüstan, 19,9 faizi isə digərölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyigecələmələrin 77,5 faizi Bakıda, 12,7 faizi Qusarda, 3,5 faiziNaftalanda, 2,7 faizi Qəbələdə, 1,8 faizi Qubada, 0,4 faiziŞamaxıda, 1,4 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalardaqeydə alınıb.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalardakeçirdiyi gecələmələrinin sayı 2024-cü ilin yanvar-mart ayları iləmüqayisədə 10,8 faiz artaraq 383,4 min olub ki, bu da ümumigecələmələrin 44,2 faizini təşkil edir.

Избранный
1
2
az.trend.az

10Источники