RU

HƏMAS-dan Abbasın “it oğulları” təhqirinə cavab: O, öz uşaqlarını...

HƏMAS Fələstin prezidenti Mahmud Abbasın “it oğulları” təhqirinə reaksiya verib.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı HƏMAS-ın yüksək rütbəli rəsmisi Usamə Həmdan Qətərdə yerləşən “Əl-Cəzirə” telekanalına danışıb.

“Bəlkə Abbas öz uşaqlarını belə çağırmağa öyrəşib, amma biz onun uşaqları deyilik. Ay Abbas, biz İzzəddin əl-Qəssam, Əbdülqadir əl-Hüseyn və Şeyx Əhməd Yasinin övladlarıyıq, şəhid Yəhya Sinvar və İsmayıl Haniyənin səhabələriyik. Biz sənin düşündüyün kimi deyilik”, - deyə Həmdan sərt şəkildə söyləyib.

Usamə Həmdan Abbasın İordan çayının qərb sahilində İsraillə davam edən təhlükəsizlik koordinasiyasına işarə edib:

“Bəhanələrin aradan qaldırılması Fələstin xalqını İsrailin hücumlarından qoruya bilmədi. Abbasın Fələstini idarə etmək səlahiyyətinin şübhə altına alınması lazımdır. Biz Abbasla siyasi fikir ayrılıqlarını çoxdan arxada qoymuşuq. Amma onun müqaviməti təhqir etməsi və işğalı müdafiə etməsi utancvericidir".

Избранный
1
publika.az

1Источники