BAKI, 28 aprel. TELEQRAF
İranın Şəhid Rəcai limanında baş verən partlayış və yanğının səbəbi səhlənkarlıq olub.
Teleqraf xəbər verir ki, bu barədə İranın daxili işlər naziri İsgəndər Momeni bildirib.
Onun sözlərinə görə, şübhəlilər artıq tapılıb.
Qeyd edək ki, aprelin 26-da İranın Bəndər-Abbas şəhərindəki Şəhid Rəcai limanında partlayış nəticəsində 46 nəfər həlak olub, 1200-dən çox insan xəsarət alıb.