RU

“AzerGold” QSC-də Ümumdünya Əməyin Mühafizəsi Günü qeyd olunub (FOTO)

Bakı. Trend:

“AzerGold” QSC tərəfindən Çovdar İnteqrəolunmuş Regional EmalSahəsində (ÇİRES) Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuştədbir keçirilib.

“Əməyin təhlükəsizliyi və gigiyenasına inqilabi yanaşmalar: işyerlərində süni intellekt və rəqəmsallaşmanın rolu” mövzusundakeçirilən tədbirdə “AzerGold” QSC, Daşkəsən Rayon İcra Hakimiyyəti,Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsivə Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, Əmək və Əhalinin SosialMüdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti vəÇİRES-də çalışan podratçı şirkətlərin nümayəndələri iştirakediblər.

Tədbirdə ÇİRES-də təhlükəsiz iş şəraitinin təmin edilməsiməqsədilə əməyin mühafizəsi və texniki təhlükəsizlik, habelə ətrafmühitin mühafizəsi sahəsində görülən işlərdən bəhs edilib.Bildirilib ki, emal sahəsində ən yüksək standartlara cavab verəntexnologiyalar tətbiq edilir, rəqəmsal və avtomatik rejimdəistehsalata nəzarət edən sistemlərdən istifadə genişləndirilir.Bununla istehsalatda bədbəxt hadisələr, peşə xəstəliklərininqarşısının alınması, əməyin təhlükəsizliyinin qorunmasına nailolunur. Nəticədə fəaliyyət dövrü ərzində “AzerGold” QSC-dətəhlükəsiz ötüşən iş saatlarının sayının öz tarixi maksimumuna – 6milyon saata çatdığı tədbir iştirakçılarının diqqətinəçatdırılıb.

Daha sonra qonaqlar ÇİRES-də yerləşən Çəndə QələviləşdirməZavodunda yaradılmış şəraitlə tanış olublar. Qonaqlara zavoddatətbiq edilən SCADA (İdarəetməyə nəzarət və məlumatların toplanması- Supervisory Control and Data Acquisition) sistemi barədə məlumatverilib. Qeyd olunub ki, SCADA məlumatların toplanması, analizi vəuzaqdan idarəetmə üçün rəqəmsal texnologiyalara əsaslanansistemdir. Sənayedə prosesləri izləmək və idarə etmək üçün istifadəolunan bu tip sistemlər, eləcə də ən son model qurğu vəavadanlıqlar insanların zərərli iş mühitinə məruz qalmasınınqarşısını alır, yüksək keyfiyyətli istehsalat prosesini təminedir.

Tədbirdə, həmçinin ÇİRES-də sağlamlıq, əməyin təhlükəsizliyi vəətraf mühit sahəsi üzrə fəaliyyətə töhfə verən “AzerGold” QSC vəpodratçı şirkətlərin əməkdaşlarına təşəkkürnamə və xatirəhədiyyələri təqdim edilib.

“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
“AzerGold”
Məqalədə:
Избранный
2
10
az.trend.az

10Источники