Qlobal Cənub QHT Platforması iqlim dəyişmələrinə qarşı mübarizədə sürətlənməyə zəmin yaradacaq.
"Report" xəbər verir ki, bunu Cenevrə Universitetinin dosenti, isveçrəli nümayəndə Alexandre B. Hedjazi Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransında deyib.
Onun sözlərinə görə, son dövrdə baş verən proseslərə nəzər salsaq sürətlənməliyin vacibliyi müşahidə olunur:
"Düşünürəm ki, Qlobal Cənub QHT Platforması buna zəmin yaradacaq. Mümkün dərəcədə hədəflər ətrafında eyni düşüncələrə məxsus insanları birləşdirmək lazımdır. Qlobal Şimalda olan eyni düşüncəli insanları da proseslərə cəlb etmək olar. Mümkün dərəcədə nələri əlaqələndirmək mümkündürsə onları təmin etmək lazımdır. Səyləri böhranlarla mübarizə yolunda da birləşdirməliyik. Gündəliyə elə mövzuları daxil etmək lazımdır ki, onları reallaşdırmaq mümkün olsun".