Ukraynaya məxsus Su-27 qırıcı təyyarəsi Rusiyaya məxsus pilotsuz uçan aparatın qarşısını almaq istəyərkən qəzaya uğrayıb.
Herbiand.az xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının nümayəndələri bildirib.
“Qoşunlara hava dəstəyinin göstərilməsi və Rusiya PUA-larının hava hücumunun dəf edilməsi üzrə kompleks döyüş tapşırığının yerinə yetirilməsi zamanı Hərbi Hava Qüvvələrinə məxsus Su-27 qırıcısı itirilib”, - Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri öz telegram kanallarında yazıblar.
Pilot katapult etməyə müvəffəq olub. O, müayinə üçün tibb müəssisəsinə aparılıb və vəziyyəti stabildir.
Qeyd olunub ki, hazırda qəzanın bütün təfərrüatları müəyyənləşdirilir.
Bəxtiyar CƏFƏRLİ