RU

Türkiyənin Pakistana silah göndərdiyi xəbərlərinə reaksiya

BAKI, TurkicWorl

Son günlər yayılan "Türkiyənin Pakistana 6 təyyarə dolusu silah göndərdiyi" haqqında iddiaları təkzib olunub.

TurkicWorld xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini açıqlayıb.

Nazirliyin məlumatında bildirilir ki, Türkiyədən yola düşən nəqliyyat təyyarəsi yanacaq doldurmaq üçün Pakistana eniş edib və daha sonra marşrutuna davam edib. Eyni zamanda, səlahiyyətli qurumların açıqlamaları xaricində yayılan spekulyativ məlumatlara inanmamaq tövsiyə olunub.

Qeyd edək ki, Dezinformasiya ilə Mübarizə Mərkəzi də "Türkiyənin Pakistana 6 təyyarə dolusu silah göndərdiyi" iddialarının yalan olduğunu təsdiqləyib.

Избранный
8
8
turkic.world

8Источники