RU

Mayın 7-də yeni Papa seçiləcək

Kardinalların konklavı yeni Roma Papasını seçmək üçün mayın 7-də toplanacaq.Bu barədə Reuters agentliyi Vatikandakı yüksək vəzifəli mənbəyə istinadən xəbər verir.

Mənbə bildirib ki, tarix Papa Fransisin şənbə günü, aprelin 26-da vidalaşmasından sonra ilk dəfə Vatikanda kardinalların qapalı görüşündə təyin edilib. Tezliklə rəsmi açıqlama verilməlidir.

Dünyanın müxtəlif ölkələrindən yaşı 80-dən aşağı olan 135 kardinal konklavda iştirak etmək hüququna malikdir. Onların arasından Roma Katolik Kilsəsinin növbəti lideri olacaq biri seçiləcək.

Roma Papası Fransisk aprelin 21-i səhər saatlarında 88 yaşında dünyasını dəyişib.

Gülnar 

Избранный
18
anews.az

1Источники