RU

Dörd CHP bələdiyyəsinə terror ittihamı: 25 yeni şübhəli var

BAKI, 28 aprel. TELEQRAF

DHKP-C terror təşkilatının İstanbulda bələdiyyə tenderləri yolu ilə maliyyələşdirildiyi iddiası ilə başladılan istintaq çərçivəsində “terrorçuluğu maliyyələşdirmək” ittihamı ilə 25 şübhəli haqqında iddianamə hazırlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Şübhəlilər arasında Şişli bələdiyyəsinin keçmiş sədri Hayri İnönü, Sarıyer bələdiyyəsinin keçmiş sədri Şükrü Gənc və Şişli bələdiyyə sədrinin keçmiş müavini Əmir Sarıgül də var. İstintaq dörd bələdiyyəni əhatə edir.

Sözügedən bələdiyyələrə Cümhuriyyət Xalq Partiyasından (CHP) seçilən şəxslər rəhbərlik edirlər.

Xatırladaq ki, mart ayında İstanbul bələdiyyəsinə qarşı korrupsiya və terrorizmə dəstək ittihamları ilə cinayət işi açılıb. İstintaq çərçivəsində İstanbul bələdiyyəsinin sədri Əkrəm İmamoğlu korrupsiya ittihamı ilə həbs olunub. Ümumilikdə isə 99 nəfər barəsində həbs qərarı verilib.

Избранный
7
teleqraf.com

1Источники