BAKI, 28 aprel. TELEQRAF
Dövlət Statistika Komitəsi Azərbaycanın 12 rayonunda fermerlər, fərdi təsərrüfat sahibləri və digər bu sahədə fəaliyyət göstərən sahibkarların kənd təsərrüfatlarının siyahıyaalınması işlərini həyata keçirməkdə davam edir.
Teleqraf xəbər verir ki, bəhsi keçən rayonlar İmişli, Salyan, Siyəzən, Ucar, Şəki, Masallı, həmçinin, Şirvan, Göygöl, Goranboy, Yardımlı, Samux və Kəlbəcər rayonlarıdır.
Qeyd edək ki, müvafiq işlər aprel ayından başlayaraq il sonuna qədər davam edəcək.
Onu da bildirək ki, kənd təsərrüfatı siyahıyaalınması - ölkənin kənd təsərrüfatı sahəsi ilə bağlı ətraflı məlumat əldə etmək məqsədilə aparılan genişmiqyaslı statistik sorğudur. Bu sorğu torpaq istifadəsi, əkin sahələrinin strukturu, suvarma, mal-qaranın sayı və sürü dövriyyəsi, təsərrüfatların istehsal göstəriciləri, əmək resursları və digər imkanlar haqqında geniş məlumat toplamağa imkan verir.