RU

Rusiyaya qoşun göndərdiyini təsdiqlədi

Şimali Koreya ilk dəfə Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini təsdiqləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Şimali Koreya ilk dəfə olaraq Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya qoşun göndərdiyini rəsmən təsdiqləyib.

Koreya İşçi Partiyası Mərkəzi Hərbi Komissiyasından verilən açıqlamada, imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində Rusiyaya qoşun yeridildiyi açıqlanıb.

"Silahlı qüvvələrimiz neonasist Ukrayna qüvvələrinin məhv edilməsinə və Rusiya ərazisinin azad edilməsinə mühüm töhfə verib", - Şimali Koreyanın açıqlamasında deyilir.

Избранный
1
1
operativmm.az

2Источники