RU

Ankaradan İsrail mediasının Hakan Fidanla bağlı iddiasına cavab

BAKI, 28 aprel. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidanın HƏMAS-ı Qəzza zolağında atəşkəslə bağlı İsrailə güzəştə məcbur etdiyi iddiası həqiqəti əks etdirmir.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli deyib.

“Dünən Dohada HƏMAS rəsmiləri ilə görüşündə nazirimizin HƏMAS-ı atəşkəslə bağlı güzəştə getməyə məcbur etdiyi barədə İsrail qəzetində yer alan iddia həqiqəti əks etdirmir”, - türk diplomat bildirib.

Xatırladaq ki, dünən Dohada qətərli həmkarı Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tani ilə birgə mətbuat konfransında Hakan Fidan Türkiyənin HƏMAS-la danışıqlarının müxtəlif qurumlar vasitəsilə davam etdiyini söyləyib.

Türkiyə xarici işlər naziri qeyd edib ki, Ankara Qəzzada atəşkəs rejiminin həyata keçirilməsi üçün fəaliyyətlərini davam etdirir. Fidan HƏMAS-ın iki dövlətli həlli ehtiva edən istənilən razılaşmanı daha asan qəbul edəcəyini də vurğulayıb.

Избранный
5
teleqraf.com

1Источники