RU

Rüdiger üçün şok iddia: “O, millidən qovulmalıdır”

Almaniya millisinin sabiq futbolçusu Dietmar Hamann İspaniya Kral Kubokunun finalında baş vermiş insidentdən sonra Antonio Rüdigerə qarşı sərt sanksiyalar tələb edib.

Apasport.az xəbər verir ki, sabiq futbolçu Rüdigerin davranışlarının qəbuledilməz olduğunu bildirib: 

"Düşünürəm ki, o, millinin heyətindən çıxarmalıdır. Rüdiger, UEFA Millətlər Liqasında yarımfinal oyununa dəvət edilməməlidir və heç bir matçda oynamamalıdır". 

Qeyd edək ki, "Real Madrid" in əlavə vaxtda "Barselona"ya 3:2 hesabı ilə uduzduğu Kral Kubokunun finalında Antonio Rüdiger əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasından hakimə doğru buz torbası atıb. Bu hərəkətinə görə birbaşa qırmızı vərəqə alan futbolçu hakimi təhqir edib. 

Osimhen rekordunu "Qalatasaray"da təkrarlayıb

Okan Buruk Türkiyə futbolu tarixinə düşüb

Karvahal hakimi təhqir etdiyinə görə diskvalifikasiya oluna bilər

Fransa çempionu olan klub Liqa-2-yə yuvarlanıb

Hakimə hücum edən futbolçu 12 oyunluq cəza ala bilər

Избранный
6
apasport.az

1Источники