RU

Türkiyə Pakistanla bağlı iddianı təkzib etdi

BAKI, 28 aprel. TELEQRAF

Türkiyə Müdafiə Nazirliyi Ankaranın Pakistana 6 təyyarə silah göndərdiyi barədə iddianı təkzib edib.

Teleqraf xəbər verir ki, ölkənin müdafiə qurumu barədə yerli və xarici mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

“Bəzi mətbuat orqanlarının Türkiyənin Pakistana 6 silah dolu təyyarə göndərməsi barədə iddiaları doğru deyil. Türkiyədən yola düşən nəqliyyat təyyarəsi yanacaq doldurmaq üçün Pakistana eniş edib. Daha sonra təyin olunmuş marşrut üzrə hərəkətini davam etdirib. Səlahiyyətli şəxs və qurumların açıqlamaları xaricində yayılan spekulyativ xəbərlərə etibar olunmamalıdır”, - Müdafiə Nazirliyi vurğulayıb.

Избранный
8
8
teleqraf.com

8Источники