Bakı. Trend:
Prokurorluq əməkdaşlarının beynəlxalq təcrübəni öyrənməklə peşəhazırlığının yüksəldilməsi istiqamətində işlər daim diqqətmərkəzində saxlanılır.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumatagörə, bu məqsədlə prokurorluq əməkdaşlarının təlim kurslarında, ocümlədən beynəlxalq tədbirlərdə iştirakı təmin olunur.
Cari ilin 20-28 aprel tarixlərində “Azərbaycan RespublikasınınBaş Prokurorluğu və Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğuarasında” imzalanmış Anlaşma Memorandumunun icrası məqsədilə ÇinProkurorluğunun təşkil etdiyi təlimdə iştirak etmək üçün BaşProkurorluğun nümayəndə heyəti Çin Xalq Respublikasına işgüzarsəfər edib.
Səfərdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Başprokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Rail Bayramlı,Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəismüavini-Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev, AzərbaycanRespublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin rəis müaviniRüstəm Ələsgərov və digərlərindən ibarət nümayəndə heyəti təmsiledib.
Çinin Tianjin vilayətinin prokuroru Fenq Çau nümayəndə heyətinisəmimi salamlayaraq tarixən xalqlarımız arasında münasibətlərinyüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq, ötən ilin sentyabrayında Bakıya səfəri və iştirakçısı olduğu Beynəlxalq ProkurorlarAssosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağınınmöhtəşəm təşkil edildiyini qeyd edib.
Rail Bayramlı yüksək qonaqpərvərliyə və səmimi qəbula görətəşəkkürünü ifadə edərək, Azərbaycan Respublikasının Baş prokurorucənab Kamran Əliyevin salamlarını Tianjinin prokuroruna çatdırıb,ölkələrimiz arasındakı sıx münasibətlərin təzahürü olaraq müxtəlifsəviyyələrdə intensiv qarşılıqlı səfərlərin baş tutduğunubildirib.
Görüşdə həmkarlar arasında səmərəli fikir mübadiləsiaparılıb.
Daha sonra əməkdaşlıq proqramı çərçivəsində növbəti günlərdəcinayət işləri üzrə beynəlxalq hüquqi əməkdaşlıq, elektronsübutlar, kibercinayətkarlıq, məhkəmələrdə prokurorun rolu vəcinayət prosesinin rəqəmsallaşdırılması mövzularında seminarlar,qarşılıqlı müzakirələr, həmçinin Çin Xalq Respublikasının BaşProkurorluğu, Pekin, Tianjin və Xepinq prokurorluqlarının inzibatibinaları ilə yaxından tanışlıq keçirilib.
Təlim çərçivəsində Elm-Tədris Mərkəzinin Strateji planlaşdırmavə risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru NigarƏskərova, Mətbuat Xidmətinin prokuroru Suad Qəhrəmanova vəBeynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad BayramlıBaş Prokurorluğun struktur qurumlarına dair təqdimatla çıxışlaredərək, prokurorluğun fəaliyyətinin rəqəmsallaşdırılması vəcinayətkarlığın bütün növlərinə qarşı mübarizə sahələrində mövcudmüsbət təcrübə və əldə olunmuş nailiyyətlər barədə tədbiriştirakçılarına ətraflı məlumat veriblər.
Tədbirin sonunda təlimi uğurlu şəkildə başa vurmuş prokurorlarmüvafiq sertifikatlarla mükafatlandırılıb.