“İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri son dərəcə mühümdür. Səfərə hazırlıq üçün aylarla səy göstərilib”.
“Azad İran” “Telegram” kanalının verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bəyan edib.
O, İİR prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərini şərh edib.
“Bu səfər iki ölkə arasında yeni səhifə aça bilər”, – deyə o vurğulayıb.