“Tottenhem” futbol üzrə İngiltərə Premyer Liqasında Angelos Postekoqlunun rəhbərliyi altında ən pis nəticəsini təkrarlayıb.
Arena.az xəbər verir ki, bu, ölkə çempionatının 34-cü turu çərçivəsində keçirilmiş “Liverpul”la oyundan sonra reallaşıb.
London klubu İngiltərə çempionatının cari mövsümündə 19-cu məğlubiyyətini alıb. Komanda 1993/1994-cü illər mövsümündə də 19 oyunda uduzmuşdu. “Mahmızlar” daha bir oyunda uduzacağı halda yeni antirekord müəyyənləşdirmiş olacaq.
“Tottenhem” hazırda 37 xalla Premyer Liqanın yarış cədvəlinin 16-cı pilləsində qərarlaşıb. “Liverpul” isə ötən gün bu komanda üzərində qazandığı 5:1 hesablı qələbə sayəsində sayca 20-ci ölkə çempionluğunu rəsmiləşdirib.