RU

Kennedi: Putin hər addımda Trampı aldadır

BAKI, 28 aprel. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampa verdiyi bütün vədləri pozub.

Teleqraf xəbər verir ki, bunu amerikalı senator Con Kennedi deyib.

“Düşünmürəm ki, Putinə onu və ölkəsini balıq yeminə çevirməyə hazır olduğumuzu bildirməyincə, işlər yaxşılaşacaq”, - respublikaçı senator vurğulayıb.

Kennedi əlavə edib ki, söhbət nüvə müharibəsindən yox, Rusiyaya qarşı sərt iqtisadi sanksiyalardan gedir:

“Putin Trampa verdiyi bütün vədləri pozdu. O, zəbt etdiyi bütün əraziləri özündə saxlamaq istəyir. Putin hesab edir ki, Amerika tam sürətlə “axmaqlar şəhəri”nə çevrilir, ondan qorxduğumuzu düşünür. Etdiklərinin əvəzini çox ağır ödəyəcəyini anlayana qədər bu cür davranmağa davam edəcək. Hər addımda Prezident Trampı aldadır və ona hörmətsizlik edir”.

ABŞ Senatının üzvü Rusiya iqtisadiyyatına daha sərt təzyiq göstərməyə, o cümlədən Moskva üçün əsas olan neft satışlarını tamamilə dayandırmağa çağırıb.

Избранный
2
teleqraf.com

1Источники