RU

55-ci çempionluq və rekordun təkrarlanması!

Şotlandiya çempionatında 2024/25 mövsümünün qalibi məlum olub.

Gözlənildiyi kimi, “Seltik” titulu erkən qoruyub. Brendan Rocersin komandası 34-cü turda “Dandi Yunayted”i 5:0 hesabı ilə məğlub edərək çempionluğunu rəsmiləşdirib. Bununla da ən yaxın izləyicisi “Reyncers”i 18 xal qabaqlayan “Seltik” 55-ci dəfə çempion olub.

Qeyd edək ki, “Seltik” bu uğuru ilə çempionluq sayında əzəli rəqibi “Reyncers”in rekorduna çatıb. Hər iki komandanın hesabında 55 çempionluq titulu var.

Избранный
1
5
football-plus.az

10Источники