RU

Yeni müqaviləyə imza atdı: İki il ərzində Azərbaycanda yarım milyondan çox qazanacaq - FOTOLAR

“Zirə” Ruan Renato ilə müqavilənin müddətini uzadıb.

Yeni sözləşməyə əsasən, braziliyalı 2027-ci ilin yayına qədər “qartallar”ın şərəfini qoruyacaq.

31 yaşlı müdafiəçi 2023-cü il iyulun 1-də “Qəbələ“dən Zirə”yə keçib. O, karyerası ərzində “Ponte Preta”, “Botafoqo”, “Fiqeyrense”, “Vitoriya”, “Austriya” və “Yuventude”də çıxış edib.

Renatonun “Zirə“ ilə əvvəlki müqavilə müddəti 2025-ci il iyunun 30-na qədər qüvvədədir.

İkinci kontrakt “sambaçı”nın maddi durumuna da müsbət təsir göstərəcək. Cənubi amerikalı qarşıdakı sezonda 250 min dollardan artıq pul qazanacaq.

Ona ərəb ölkələrindən və Avropanın bəzi “ikinci eşalon“ ölkələrindən də təklif var idi. Baş məşqçi Rəşad Sadıqovla görüşdən sonra üstünlüyü “Zirə”yə verib.

SPORTİNFO.AZ

Избранный
8
sportinfo.az

1Источники