Qlobal hərbi xərclər 9,4 % artıb.
2024-cü ildə qlobal silah xərcləri əvvəlki ilə nisbətən 9,4% artaraq 2,718 trilyon dollara çatıb.
Operativ Media xəbər verir ki, bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) məlumat yayıb.
Məlumatda qeyd olunub ki, bu soyuq müharibənin bitməsindən bəri ən sürətli artımdır.