RU

Ruan Renato daha 2 il “Zirə”də! - Rəsmi

Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” klubu legioneri Ruan Renato ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yeni sözləşməyə əsasən, braziliyalı oyunçu 2027-ci ilin yayına qədər “qartallar”ın şərəfini qorumağa davam edəcək. Onun əvvəlki sözləşməsinin müddəti bu mövsümün sonunda bitəcəkdi.

Xatırladaq ki, Ruan Renato 2023-cü ilin yayında Azərbaycanın digər klubu “Qəbələ”dən ayrılaraq “Zirə”yə keçmişdi. 31 yaşlı müdafiəçi cari mövsümdə qəsəbə təmsilçisinin heyətində 41 oyuna çıxıb, 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Renatonun “Zirə” karyerası ümumilikdə 81 oyun, 6 qol və 2 məhsuldar ötürmədən ibarətdir.

Renato daha öncə formasını geyindiyi “Qəbələ”də də 72 görüşdə 4 qola sevinib, 1 məhsuldar ötürmə verib.

Braziliyalı oyunçu karyerası ərzində “Ponte Preta”, “Yuventude”, “Fiqeyrense”, “Vitoriya”, “Austriya” (Vyana) və “Botafoqo” kimi klublarda da çıxış edib.

Избранный
10
arena.az

1Источники