RU

ANAMA-nın əməkdaşı minaya düşdü

Qazaxda minaya düşən ANAMA əməkdaşının vəziyyəti stabildir.

XəzərNews.az TƏBİB-ə istinadən xəbər verir ki, aprelin 28-də saat 09:45 radələrində mina partlayışı hadisəsi səbəbilə xəsarət alan 1 nəfər kişi Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Alın nahiyəsinin göz ətrafı toxumalarının və burunun çapılmış yarası diaqnozu təyin olunan 1985-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir.

Xəbər 3 dəfə oxunub.
Избранный
0
2
xezernews.az

3Источники