RU

Minaya düşən şəxsin vəziyyəti açıqlandı

Aprelin 28-də saat 09:45 radələrində mina partlayışı hadisəsi səbəbilə xəsarət alan 1 nəfər (kişi cinsli) Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Metbuat.az xəbər verir ki, bu barədə APA-nın qərb bürosuna TƏBİB-dən məlumat vertilib.

"Alın nahiyəsinin göz ətrafı toxumalarının və burunun çapılmış yarası diaqnozu təyin olunan 1985-ci il təvəllüdlü şəxsə zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Cərrahiyyə şöbəsinə yerləşdirilib, vəziyyəti stabil qiymətləndirilir", məlumatda deyilir.

Избранный
0
2
metbuat.az

3Источники