RU

Azərbaycan-Ermənistan sazişi Estoniyada müzakirə edildi

BAKI, 28 aprel. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan Tallində Estoniya Prezidenti Alar Karislə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan rəhbərinin mətbuat xidməti məlumat yayıb.

Həmsöhbətlər görüşdə ikitərəfli məsələlərlə yanaşı, Ermənistan-Azərbaycan sülh prosesinə də toxunublar.

Alar Karis iki ölkə arasında sülh sazişi üzrə əldə olunmuş razılaşmanı alqışlayıb və onun ən qısa zamanda imzalanacağına ümid etdiyini bildirib.

Estoniya Prezidenti ölkəsinin Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsi üzrə səyləri dəstəklədiyini təsdiqləyib.

Tərəflər həmçinin Ermənistan-Avropa İttifaqı əlaqələrinin gələcək inkişafı və əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Избранный
37
teleqraf.com

1Источники