RU

Bağırsaq bakteriyalarının qan xərçənginə səbəb olduğu aşkar edilib

Cincinnati Uşaq Xəstəxanasının alimləri bağırsaq bakteriyalarının əlavə məhsullarının leykemiyadan əvvəlki hüceyrələrin böyüməsini stimullaşdıra və sonrakı həyatda qan xərçənginin inkişaf riskini artıra biləcəyini müəyyən ediblər.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri Nature jurnalında dərc olunub.

Tədqiqat çərçivəsində elm adamları müxtəlif yaşlarda olan sağlam insanlardan və leykozlu xəstələrdən qan plazması nümunələrini təhlil ediblər. Onlar müəyyən ediblər ki, yaşla bağırsağın selikli qişası daha keçirici olur və bağırsaqlarda ADP-heptoza adlı xüsusi şəkər istehsal edən qram-mənfi bakteriyaların sayı artır.

Sonrakı təcrübələr göstərib ki, ADP-heptoza leykemiyanın prekursorları olan hərəkətsiz qan hüceyrələrinin yayılmasını stimullaşdırmaq üçün bir siqnal rolunu oynayır.

Leykemiya sümük iliyində qan əmələ gəlməsi prosesinin pozulması nəticəsində yaranan bədxassəli xəstəliklər qrupunun ümumi adıdır. Nəticədə, çoxlu sayda yetişməmiş leykositlər qan dövranına daxil olur və bədəni infeksiyadan qorumaq üçün əsas funksiyasını yerinə yetirə bilmirlər. Leykozun yaranma səbəbləri tam bəlli olmasa da, onun adətən 65 yaşdan yuxarı insanlarda müşahidə olunduğu məlumdur. Alimlərin fikrincə, bağırsaq selikli qişasının keçiriciliyinin artması ADP-heptozanın qana daxil olmasına və yaşlılarda leykozun inkişafına təkan verir.

Tədqiqatçılar həmçinin mutant hematopoetik hüceyrələrdə tapılan ALPK1 reseptor zülalının leykemiyadan əvvəlki hüceyrələrin böyüməsini başlatmaq üçün lazım olduğunu aşkar ediblər. Onlar təklif ediblər ki, bu reseptorun bloklanması hətta bağırsaq baryeri zəiflədikdə belə leykemiyanın inkişafını dayandıra bilər.

//Gülnarə Abasova, Editor.az

 

Избранный
8
editor.az

1Источники