RU

AFFA Region Liqasında 1/4 finalçılar müəyyənləşdi

AFFA Region Liqasında 2024/2025-ci illər mövsümünün 1/8 final mərhələsinin oyunları keçirilib və 1/4 finalçılar müəyyənləşiblər.

Arena.az bu barədə AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir.

1/8 final mərhələsində qaliblər bir oyuna əsasən müəyyənləşiblər. Bu mərhələdə qeydə alınmış nəticələri təqdim edirik:

“Çinar Zəngilan” – “Şirvan” OİK 1:1 (penaltilər – 5:3)
“Xankəndi” – “Topçular” 12:0
“Record Club” – “Bərdə” 3:1
“Xudat City” – “Şirvan” 2:2 (pen. 5:6)
“Marafon” – “Dirçəliş” 6:0
“Göyəzən” – “Biləsuvar” 2:2 (pen. 4:3)
“Ağstafa Gəncləri” – “Şirvanovka” 1:0
“Zəfər 44” – “Naftalan” 0:1

Bu matçlardan sonra 1/4 final mərhələsinin cütləri müəyyənləşib. Növbəti raund iki oyundan ibarət olacaq.

1/4 finalın cütləri belədir:

“Göyəzən” – “Record Club”
“Şirvan” – “Marafon”
“Çinar Zəngilan” – “Xankəndi”
“Ağstafa Gəncləri” – “Naftalan”

Избранный
5
12
arena.az

10Источники