"Real Madrid"in yarımmüdafiəçisi Brahim Diaz qarşıdakı transfer pəncərəsində satıla bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" "Fichajes" portalına istinadən xəbər verir ki, "Kral" klubu gələn yay onu satmağa hazırdır.
Brahim Diaz Carlo Ançelottinin komandasının heyətində 48 oyuna çıxıb, 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
"Transfermarkt" mütəxəssisləri 25 yaşlı hücumameyilli yarımmüdafiəçinin dəyərini 45 milyon avro qiymətləndirib.