RU

Sabiq generaldan etiraf: HƏMAS-ı məğlub edə bilmədik

İsrailin istefada olan general-mayoru Yitzhak Brikin “Maariv” qəzetində “İsrail ordusu niyə HƏMAS-ı məğlub edə bilmir?” başlıqlı məqaləsi dərc olunub.

Publika.az xəbər verir ki, Brikin məqalədə qeyd etdiyinə görə, Qəzzada dağıntılar həqiqi qələbənin əldə olunmadığını xalqdan gizlətmək üçün edilib.

"İsrail ordusunun hazırda HƏMAS-ı məğlub etmək gücü yoxdur. Deməli, Qəzzada bütün bu dağıntılar qələbə təəssüratı yaratmaq məqsədi daşıyır. Bu təəssürat siyasi və hərbi liderlərin xalqı çaşdırması ilə gücləndirilir", - deyə o yazıb.

Brik bildirib ki, İsrail Baş Qərargah rəisi Eyal Zamir HƏMAS-ı məğlub edə biləcəyini söyləməklə özünü çətin vəziyyətə salıb. O, Zamirin “Həması məğlub edib hərbi hökumət quracağıq” vədini yerinə yetirmədiyini vurğulayıb və bunun onun üçün tələ olduğunu deyib.

Избранный
8
publika.az

1Источники