RU

İddia: Türkiyə bu ölkəyə 6 təyyarə dolusu silah göndərdi

Pakistan və Hindistan arasında gərginlik artmaqdadır.

Tribunainfo.az xəbər verir ki, Hindistan Cammu və Kəşmir bölgəsində 26 mülki şəxsin ölümü ilə nəticələnən terror hücumuna cavab olaraq Hind hövzəsindən Pakistana su axınını bağlayıb.

Hadisələrin ardından iddia edilib ki, Türkiyə Pakistana İHA-lar da daxil olmaqla, döyüş materialları daşıyan 6 nəqliyyat təyyarəsi göndərib.

İki nüvə dövləti arasında başlayan gərginlik sürətlə artmaqda davam edir. Hindistanın Baş naziri Narendra Modi, “Cammu və Kəşmir son illərdə turizmdən təhsilə qədər bir çox sahədə böyüyüb. Bu vəziyyətdən narahat olanlar Kəşmiri yenidən məhv etmək istəyirlər. Amma ədalət yerini tapacaq”, – deyib.

Pakistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Seyid Asim Munir “Su axını bərpa olunmasa, bəndi vuracağıq”, – deyərək dozanı artırıb. Pakistanın xarici işlər naziri Məhəmməd İsaq Dar da çinli həmkarı Vanq Yi ilə telefon danışığı aparıb və əməkdaşlıq istəyib.

Türkiyə ordusuna məxsus 6 nəqliyyat təyyarəsinin Pakistana döyüş materialları apardığı bildirilib. Bu materiallar arasında PUA-larla yanaşı, silah və raketlər də var. Pakistan rəsmiləri: “Türkiyə səssiz, lakin real dəstək nümayiş etdirir. Bizi izləyin”, – deyib.

Dəniz Pənahova

Избранный
9
tribunainfo.az

1Источники