RU

BMT Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmasına dəstək üçün vətəndaş cəmiyyəti ilə işini davam etdirəcək - Vladanka Andreyeva

Bakı. Trend:

BMT, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nailolmasına dəstək olmaq məqsədilə vətəndaş cəmiyyəti ilə işini davametdirəcək

Trend xəbər verirki, bunu BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi VladankaAndreyeva Qlobal Cənub QHT platformasının Bakıda keçirilən“Hərəkətdə həmrəylik: yeni və ədalətli dünya üçün Qlobal CənubQHT-lərinin gücləndirilməsi" mövzusunda təsis konfransında çıxışızamanı bildirib.

"QHT ittifaqlarının gücləndirilməsi təkcə birgə fəaliyyət deyil.Bu, həm də əməkdaşlıq və innovasiyalar üçün şərait yaradanməkanların qorunması deməkdir. BMT-nin Azərbaycandakı nümayəndəliyiolaraq, biz vətəndaş cəmiyyəti və digər maraqlı tərəflərlə birgəişi davam etdirməyə, Azərbaycanın milli inkişafa dairprioritetlərinə və 2030-cu ilə qədər Dayanıqlı İnkişaf Məqsədlərinənail olmasına dəstək verməyə böyük ümidlə yanaşırıq", – deyə o qeydedib.

Andreyeva bildirib ki, bəzi ölkələr, o cümlədən, Azərbaycan,təhsil və səhiyyə kimi sahələrdə BMT-nin Dayanıqlı İnkişafMəqsədlərinə nail olmaqda uğur qazansalar da, qlobal miqyasdabərabərsizlik hələ də qalmaqdadır.

"Bir çox ölkələr hələ də iqlim dəyişikliyi ilə mübarizə,yoxsulluq səviyyəsinin azaldılması və dayanıqlı istehlaksahələrində məqsədlərə çatmaqda ciddi çətinliklərlə üzləşir.Sürətləndirilmiş səylərin zəruriliyi heç vaxt bu qədər aktualolmamışdı. Hökumətlər, vətəndaş cəmiyyəti və özəl sektormaliyyələşməni artırmaq, siyasətlərin icrasını gücləndirmək vəvətəndaş məkanını qorumaq üçün birgə çalışmalıdırlar ki, mühümirəliləyiş əldə edilsin", - deyə Andreyeva vurğulayıb.

Məqalədə:
Избранный
0
az.trend.az

1Источники