Aktual.az xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciətində yer alıb.
"Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik”, - deyə dövlətimizin başçısı əlavə edib.