RU

İbrahim İbrahimov vəzifəsindən ayrıldı

“PAŞA Həyat” sığorta şirkətinin İdarə Heyəti sədrinin I müavini İbrahim Hüseynqulu oğlu İbrahimov vəzifəsindən ayrılıb.

News24.az APA-ya istinadla xəbər verir ki, sözügedən vəzifəyə hələlik hər hansı təyinat olmayıb.

O, bu vəzifəyə 2017-ci ildə təyin edilmişdi.

PAŞA Həyat Sığorta ASC 2010-cu ildə yaradılıb. Nizamnamə kapitalı 40,25 milyon manat olan şirkətin səhmləri tam şəkildə PAŞA Holdinq MMC-yə məxsusdur.


Избранный
1
6
news24.az

7Источники