RU

İaşə obyektləri “Ulduz-reytinq" sertifikatı ilə qiymətləndirilir, müraciətlərin sayı 100-ü keçib

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) qida sahəsində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin risk göstəricilərinə əsasən reytinqini müəyyənləşdirməyə davam edir.

Həyata keçirilən qiymətləndirmə həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də müştərilər üçün daha etibarlı seçim şansı yaradır. “Ulduz-reytinq” layihəsi çərçivəsində restoranların reytinqi müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, indiyə qədər Bakı və regionlar daxil olmaqla sahibkarlar tərəfindən AQTİ-yə 101 müraciət daxil olub, onlardan 32 müəssisə müxtəlif reytinq təsnifatları ilə qiymətləndirilib. Digər müraciətlərin qiymətləndirilməsi prosesi isə davam edir.

Bakı, Gəncə, Lənkəran bölgələri üzrə "Ulduz-reytinq" sertifikatı ilə qiymətləndirilən ictimai iaşə obyektləri üstünlük təşkil edir.

Qeyd edək ki, proses sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün sahibkarlar [email protected] elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət instituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində yoxlama aparılır. 10 iş günü müddətində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq ictimai iaşə obyektlərinə 1 il müddətinə müvafiq sertifikat verilir.

Избранный
0
2
azertag.az

3Источники