RU

Azərbaycanın xarici dövlət borcunun valyuta tərkibi və ölkənin strateji valyuta ehtiyatlarına nisbəti açıqlanıb

Bakı. Trend:

Bu ilin 1 aprel tarixinə xarici dövlət borcunun valyuta tərkibiaçıqlanıb.

Bu barədə Trend Maliyyə Nazirliyindən məlumat əldə edib.

Hesabat dövrü ərzində xarici dövlət borcunun valyuta tərkibibelə olub:

ABŞ dolları – 85,6 faiz, avro – 6,0 faiz, XBH (BeynəlxalqValyuta Fondunun Xüsusi Borcalma Hüquqları) –3,5 faiz, yapon yeni –3,3 faiz, digər valyutalar –1,6 faiz.

Xarici dövlət borcuna xidmət xərci

2025-ci ilin 1 aprel tarixinə dövlət büdcəsinin borca xidmətxərcləri hesabına xarici borclar üzrə 138,7 milyon ABŞ dollarıməbləğində əsas borc, 82,6 milyon ABŞ dolları məbləğində isə faizborcu ödənişləri həyata keçirilib.

Xarici dövlət borcunun ölkənin strateji valyutaehtiyatlarına nisbəti

2025-ci ilin 1 aprel tarixinə ölkənin strateji valyutaehtiyatları (Azərbaycan Respublikası Dövlət Neft Fondu vəAzərbaycanRespublikasının Mərkəzi Bankı) 73,8 milyard ABŞ dolları məbləğindəolmaqla xarici dövlət borcunu təqribən 14,6 dəfə üstələyir.

Избранный
4
az.trend.az

1Источники