RU

“PAŞA Həyat”ın İdarə Heyəti sədrinin I müavini vəzifəsindən ayrılıb

“PAŞA Həyat” sığorta şirkətinin İdarə Heyəti sədrinin I müavini vəzifəsindən ayrılıb.

APA-Economics” bu barədə sığorta şirkətinə istinadən xəbər verir. Məlumata görə, İbrahim Hüseynqulu oğlu İbrahimov sığorta şirkətinin İH sədrinin I müavini vəzifəsindən ayrılıb. O, bu vəzifədə 2017-ci ildə təyin edilmişdi.

Qeyd edək ki, sözügedən vəzifəyə hələlik hər hansı təyinat olmayıb.

Məlumat üçün bildirək ki, “PAŞA Həyat Sığorta” ASC 2010-cu ildə yaradılıb. Nizamnamə kapitalı 40,25 milyon manat olan şirkətin səhmləri tam şəkildə “PAŞA Holdinq” MMC-yə məxsusdur.

Избранный
1
6
apa.az

7Источники